AZ

Afət Həsənova seçicilərlə görüşdü FOTO

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

32 saylı Suraxanı üçüncü seçki dairəsindən millət vəkili Afət Həsənova seçicilərlə görüş keçirib.

Redaktor.az xəbər verir ki, bu gün millət vəkili Afət Həsənova Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 87 saylı tam orta məktəbdə seçicilərlə növbəti görüş-qəbulunu keçirib.

Görüş zamanı vətəndaşların müxtəlif sahələr üzrə müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı ətraflı hüquqi izahlar verilib.

Deputat bəzi problemlərin operativ həlli məqsədilə aidiyyəti qurumlara müraciətlər ünvanladığını və məsələlərin icrasını şəxsi nəzarətə götürdüyünü bildirib.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
91
1
redaktor.az

2Mənbələr