Türkiyə Daxili İşlər Nazirliyi İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 184 nəfərin saxlanıldığı barədə məlumat yayıb.
Senzor.az bildirir ki, növbəti əməliyyatlar son iki həftə ərzində Türkiyənin 35 vilayətində aparılıb.
Saxlanılan şəxslərdən 22-si məhkəmə hökmü ilə həbs edilib, 33 nəfər səyahət məhdudiyyətləri ilə azadlığa buraxılıb, qalanların dindirilməsi isə davam edir.
Axtarışlar zamanı şübhəlilərdən səkkiz qeydiyyatsız tapança, bir tüfəng, çoxsaylı sənəd və rəqəmsal material müsadirə edilib.
Nazirlik vətəndaşları əmin edib: “Terror təşkilatlarının fəaliyyətinin qarşısını almaq və onların maliyyə mənbələrini kəsmək üçün əməliyyatlar tam qətiyyətlə davam edəcək”.