Ötən günlərdə öldürülən “Halisco” Yeni Nəsil kartelinin lideri, daha çox “El Menço” kimi tanınan 59 yaşlı Nemesio Oseguera Servantesin dəfn mərasimi 2 martda Meksikanın ikinci ən böyük şəhəri olan Qvadalaxara şəhərinin ətrafındakı Zapopandakı Resinto de la Paz qəbiristanlığında baş tutub.
KONKERT.az bildirir ki, El Menço Meksikada qızıl tabutda dəfn edilib.
Narkokartel liderinin dəfn mərasimi ciddi təhlükəsizlik tədbirləri altında keçirilib. Dəfn mərasimində onlarla insan iştirak edib, çoxu günəşli gündə qara çətir daşıyıb, bir qrup isə Meksika musiqisi ifa edib. Qızılı rəngli tabuta basdırılan öldürülmüş narkotik baronu ilə vida mərasiminin görüntüləri internetdə yayılıb.
Təhlükəsizlik səbəbi ilə onun dəfn yeri ciddi şəkildə gizli saxlanılıb və küçələrdə çoxlu sayda hərbi qüvvənin olduğu müşahidə edilib.
Jurnalistlərin sözlərinə görə, 1 martdan bəri böyük və qeydsiz gül çələnglərinin təqdim edildiyi dəfn evinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Bəzi görüntülər arasında çiçəklər arasında xoruz rəsmi də olub. Oseguera Servantes bəzən “Xoruzların Lordu” adlandırılırdı.
Xatırladaq ki, Servantes 22 fevralda Meksika qoşunları tərəfindən Xalisko ştatının Tapalpa şəhərindəki evinin yaxınlığında həbs etmək cəhdi zamanı öldürülüb.
Federal agentlər həftəsonu ziyarət etdiyi sevgilisinin hərəkətlərini izləyərkən Meksikanın ən çox axtarılan adamını tapıblar.
O, sinə, qarın və ayaqlarından aldığı çoxsaylı güllə yaralarından ölüb. Beş saatlıq atışma zamanı onun iki mühafizəçisi də yaralanaraq xəstəxanaya aparılarkən yolda keçinib.
Ölümündən sonra 20 ştatda etirazlar başlayıb, hərbi əməliyyat və sonrakı zorakılıqlarda 70-dən çox insan həyatını itirib.
El Mençonun ölümündən bir neçə saat sonra onun sui-qəsdi haqqında narkokorridolar kimi tanınan balladalar yazılıb.
Forbes-ə görə, ölümü zamanı “El Menço” Meksikanın ən varlı cinayətkar bossu idi.
2017-ci ildə Meksika hakimiyyəti “Halisko” Yeni Nəsil Kartelinin (CJNG) aktivlərini təxminən 50 milyard dollar qiymətləndirdi. 2019-cu ildə illərdir onun fəaliyyətini araşdıran Narkotiklərlə Mübarizə İdarəsinin agenti Kayl Mori verdiyi açıqlamada narkotik lordunun xalis sərvətinin 500 milyon dollarla 1 milyard dollar arasında olduğunu təxmin etdiyini bildirib.
Onu da qeyd edək ki, son yeddi ildə CJNG “Sinaloa” Kartelinin davam edən parçalanması və regional oyunçuların zəifləməsi fonunda Meksika narkotik ticarəti sənayesindəki payını artıraraq fəaliyyətini digər qanunsuz gəlir mənbələri ilə də genişləndirdirib.\\sfera.az

