AZ

Qars valisi: Zəngəzur dəhlizinin Qarsdan keçən hissəsində aparılan işləri yaxından izləyirik

“Zəngəzur dəhlizinin Qarsdan keçən hissəsində aparılan işlər yaxından izləyirik”.

Bu barədə Türkiyənin Qars vilayətinin valisi Ziya Polat APA-nın Türkiyə bürosuna müsahibəsində məlumat verib.

Vali bildirib ki, illərdir bu dəhlizin həyata keçirilməsini arzulayır.

“Zəngəzur dəhlizi Orta Asiya ilə əlaqələri gücləndirəcək mühüm bir körpü rolunu oynayacaq. Ümid edirik ki, bu layihə tezliklə reallaşacaq. Ürəklərimiz kimi, yollarımız da bir-birinə bağlı olacaq. Hər iki ölkənin prezidentləri bu prosesə böyük dəstək verir və fəal şəkildə iştirak edirlər. Ermənistan sərhədində bir neçə dəfə görüşlər keçirilib. Proseslə bağlı bütün hadisələr və atılan addımlar rəsmi Ankaranın nəzarəti və koordinasiyası altında həyata keçirilir”, - vali qeyd edib.

Seçilən
16
apa.az

1Mənbələr