AZ

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib, 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Bakı, 4 mart, AZƏRTAC

Bu gün Azərbaycanda hər 100 min qadına nisbətdə məişət zorakılığı cinayətlərinin sayı 46 fakt təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu Daxili İşlər nazirinin müavini İsmət Əliyev parlamentdə keçirilən “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, bu rəqəm İsveçdə 200 fakt, Finlandiyada 150 fakt, Fransada 110 fakt, Niderlandda 100 fakt, Almaniyada 90 fakt, İspaniyada 60 fakt təşkil edir.

Nazir müavini qeyd edib ki, 2025-ci ildə həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək, 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub. 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibat tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb. Həmçinin 15 qız qaçırma faktı üzrə cinayət məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs haqda müvafiq məsuliyyət tədbirləri görülüb.

Seçilən
0
3
azertag.az

4Mənbələr