AZ

“Neftçi”dən AFFA-nın məlum dəvətinə reaksiya – görüş olacaqmı?

22-ci turda “Şamaxı”nın meydanında vacib 2 xal itirən “Neftçi” (2:2) hakimlər briqadasının qərarlarından narazı qaldı.

Klubun rəsmi saytı və sosial şəbəhəkə hesablarında yayınlanan etiraz bəyanatında oyunun baş hakimi Kamranbəy Rəhimovla VAR hakimi Cavid Cəlilov hədəfə alındı. Məsələyə AFFA da qarışdı, amma gözlənildiyi kimi yox. Federasiya rəsmi saytında bəyanat dərc edərək klubun nümayəndələrini qurumun binasına çağırdı. O məqsədlə ki, mübahisəli epizodlar müzakirə olunsun.

Görəsən, “Neftçi” federasiyanın çağırışına hansı cavabı verəcək?

Bu sualla “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıya müraciət etdik. Paytaxt təmsilçisinin rəsmisi “Football-plus.az”a açıqlamasında bu məsələ ilə bağlı hələ rəsmi qərarın verilmədiyini bildirdi.

Xatırladaq ki, AFFA Hakimləri Komitəsinin sədri Rəhim Həsənov 22-ci turun epizodlarını şərh edərkən “Neftçi”nin ofsayddan vurulduğunu iddia etdiyi qol haqda danışmayıb. Penalti isə düzgün qərar sayılıb.

KƏNAN BAHADIR

Seçilən
75
1
football-plus.az

2Mənbələr