AZ

ABŞ-ın sualtı qayığı Şri-Lanka sahillərində İran gəmisini batırıb, 80 nəfər ölüb - YENİLƏNİB-1

Hind okeanında ABŞ sualtı gəmisi tərəfindən İran hərbi gəmisinə endirilən zərbə nəticəsində ən azı 80 nəfər ölüb.

APA xəbər verir ki, bunu Şri-Lankanın xarici işlər nazirinin müavini bu gün yerli televiziyaya kanallarına bildirib.

Qeyd edək ki, ABŞ-ın müharibə naziri Pit Heqset Hind okeanında İranın hərbi gəmisini ABŞ sualtı qayığının vurduğunu təsdiqləyib.

***

17:10

Şri-Lanka sahillərində İran gəmisinə ABŞ tərəfindən zərbə endirilib.

APA xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, İranın ən müasir hərbi gəmisinə hücum nəticəsində ən azı 78 nəfər yaralanıb, 101 nəfər itkin düşüb.

***

13:59

Şri-Lanka sahillərində sualtı qayıq İran gəmisinə hücum edib.

APA “Reuters”ə istinadən xəbər verir ki, nəticədə 101 nəfər itkin düşüb, 78 nəfər yaralanıb.

Hələlik hadisənin detalları açıqlanmayıb.

Bəzi mənbələr 30-dan çox insanın xilas edildiyini bildirir.

Seçilən
0
10
apa.az

10Mənbələr