AZ

CAR da biznes mərkəzi çöküb 6 ölü

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərindəki bir biznes mərkəzinin binası struktur möhkəmləndirmə işləri zamanı çöküb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yohannesburq Təcili Yardım Xidmətləri açıqlama yayıb.

Məlumata görə, Yohannesburqun cənubundakı Ormonde bölgəsindəki iki mərtəbəli bina çökdükdən sonra 12 nəfər dağıntılar altında qalıb. Üç nəfəri yaralı vəziyyətdə xilas etmək mümkün olsa da, altı nəfərin cəsədi aşkarlanıb.

Dağıntılar altında olduğu güman edilən qalan üç nəfərin xilas edilməsi üçün səylər davam edir. Çökmənin səbəbləri ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
102
525.az

1Mənbələr