Aktual.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin İrana hərbi yardım edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq deyib.
"BRİKS üzvlüyünə silahlı təcavüz zamanı qarşılıqlı yardım göstərmək öhdəlikləri daxil deyil. Bu, fərqli bir təşkilatdır və digər sahələrdə əməkdaşlığa diqqət yetirir", - Peskov bildirib.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb.