La Liqanın 25-ci turunda "Osasuna"ya (1:2), 26-cı turunda isə "Xetafe"yə uduzan "Real Madrid"in rəhbərliyinin baş məşqçi Alvaro Arbeloanı hansı mütəxəssislə əvəzləmək istədiyi bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.
Məlumata görə, bu, "Milan"ın çalışdırıcısı Massimiliano Alleqridir. Mənbə İspaniya nəhənginin Alleqrini cari mövsümün "Milan"dan "qoparmağı" hədəflədiyini vurğulayıb.
Bu posta əsas namizədlərdən biri qismində Yürgen Klopp göstərilsə də, hazırda "Red Bull"un futbol strukturunda rəhbərlik edən almaniyalı mütəxəssisin məşqçiliyə qayıtmaq istəməməsi Alleqrini "Real" üçün prioritetə çevirib.
Qeyd edək ki, Alleqrinin "Milan"la imüqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Toğrul