ABŞ-ın Klivlend şəhərində polis çamadanda iki azyaşlı qızın meyitini aşkar edib.
Publika.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Meyitlər martın 2-də itini gəzdirən şəhər sakini tərəfindən tapılıb.
"Onların şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Amma mərhumların iki qız olduğu məlumdur. Onlardan birinin 8-13, digərinin isə 10-14 yaş aralığında olduğu güman edilir", - şəhər polis rəisi Doroti Todd bildirib.
Polis meyitlərin vəziyyəti ilə bağlı ətraflı məlumat verməsə də, onların parçalanmadığını açıqlayıb. Azyaşlıların ölüm səbəbi hazırda naməlumdur. Hüquq-mühafizə orqanlarının əlində qurbanların kimliyi və şübhəlilərlə bağlı konkret məlumat yoxdur.