AZ

Taker Karlsonun 7,9 milyon dollarlıq tütün məhsulu OĞURLANDI

Taker Karlsonun 7,9 milyon dollarlıq tütün yüklü maşınını qaçırıblar.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məşhur amerikalı jurnalist Taker Karlson böyük maliyyə itkisi ilə üzləşib. Onun Cənubi Kaliforniyadakı anbarda saxladığı və satmağı planlaşdırdığı 7,9 milyon dollar (təxminən 13 430 000 manat) dəyərində “snus” (tütün növü) partiyası naməlum şəxslər tərəfindən qarət edilib.

Bildirilir ki, qarətçilər anbara daxil olmaq üçün xüsusi bir çətinliklə üzləşməyiblər. Onlar mühafizəçilərə saxta sənədlər təqdim edərək “ALP Pouches” brendinə məxsus tütün məhsulları ilə dolu yük avtomobilinə əyləşib və ərazidən sürətlə uzaqlaşıblar.

Hadisədən sarsılan Taker Karlson oğurlanmış malların yerini müəyyən etməyə kömək edəcək şəxsə 100 min dollar (təxminən 170 000 manat) mükafat vəd edib. Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
94
interpress.az

1Mənbələr