AZ

Madonna küçədə bu halda görüntüləndi

Dünya şöhrətli pop ulduzu Madonna küçədə gəzərkən paparazzilərin obyektivinə tuş gəlib.

Publika.az xəbər verir ki, müğənni sadə, gündəlik tərzdə görüntülənib.

Fotolarda Madonnanın iri gün eynəyi taxdığı və başını örtərək diqqət çəkməməyə çalışdığı görünür. Buna baxmayaraq, pop kraliçasının görüntüləri qısa zamanda sosial mediada yayılıb və maraq doğurub.

Pərəstişkarları ulduzun bu qədər gizlənməyə çalışmasına baxmayaraq yenə də diqqət mərkəzində qalmasını şərh ediblər. Bəzi izləyicilər onun təbii görünüşünü yüksək qiymətləndirsə də, digərləri sənətçinin mediadan uzaq qalmaq istədiyini vurğulayıblar.

Seçilən
1
3
publika.az

5Mənbələr