“Real”ın baş məşqçisi Alvaro Arbeloa istefaya göndərilə bilər.
Msport.az xəbər verir ki, Arbeloanın üzərindəki təzyiq getdikcə artır.
Madrid klubunun prezidenti Florentino Peres 43 yaşlı mütəxəssisə olan etibarını itirməyə başlayıb. Martın 2-də doğma meydanda “Xetafe”yə gözlənilməz məğlubiyyətdən (0:1) sonra məşqçinin gələcəyi sual altına düşüb.
Komanda La Liqanın 27-ci turunda “Selta”ya qalib gələ bilməsə, Arbeloa vəzifəsindən kənarlaşdırılacaq.
Qeyd edək ki, “Selta” – “Real” qarşılaşması martın 7-də baş tutacaq.