AZ

Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

2025-ci ildə 11558 nikahdankənar uşaq doğulub.

Bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışında deyib.

Nazir müavini qeyd edib ki, 2022-ci ildə bu rəqəm 18814, 2023-cü ildə 15622, 2024-cü ildə 13228 olub: “Ötən il bu rəqəmin enməsi dövlət orqanlarının birgə fəaliyyət göstərməsi və təhsil müəssisələrində profilaktik tədbirlərin keçirilməsinin nəticəsidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
2
icma.az

3Mənbələr