AZ

Növbəti 2 günə gözlənilən hava PROQNOZU

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Martın 5-i və 6-sı Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin ayın 5-i səhər bəzi şəhərətrafı ərazilərdə az çiskin olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O deyib ki, bölgələrdə arabir yağıntılı hava şəraiti davam edəcək, dağlıq ərazilərdə qar yağacaq, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var: “Martın 5-i gündüz yağıntıların tədricən kəsiləcəyi, martın 6-da isə havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Havanın maksimal temperaturu Aran rayonlarında 10-15, dağlıq ərazilərdə isə 0-5 dərəcə isti olacaq”. (AzərTac)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
5
modern.az

8Mənbələr