AZ

Suriya bu ölkə ilə sərhədi bağladı İran İZİ… KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Suriya ilə Livan sərhədində yerləşən “Ceydet – Yabus” sərhəd-keçid məntəqəsində hərəkət müvəqqəti olaraq dayandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Suriya Quru Sərhəd Keçid Məntəqələri üzrə Baş İdarəsinin direktoru Məzən Alluş məlumat verib.

Bildirilib ki, İsrail qüvvələrinin bölgəyə mümkün zərbələri ilə bağlı Livan tərəfinə təxliyə xəbərdarlığı edildikdən sonra sərnişinlərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Rəsmi açıqlamada qeyd olunub ki, qərar təhlükəsizlik məqsədilə qəbul edilib. Keçid məntəqəsində hərəkətin bərpası ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
1
konkret.az

2Mənbələr