AZ

"Maşınımdayam, maşınımda da olacağam"- Məhkəməyə düşən aktrisa

Aktrisa Xəyalə Quliyevaya qarşı keçmiş həyat yoldaşı məhkəmə iddiası qaldırıb.

AzNews.az Teleqraf-a istinadən xəbər verir ki, Yusif Musayev məhkəməyə Xəyalə Quliyeva ilə birgə nikah dövründə əldə edilən əmlakların bölgüsü üçün müraciət edib.

Maraqlıdır ki, iddia ərizəsində Xəyalə Quliyevanın 2019-cu ildə “Maşın Şou” televiziya layihəsində udduğu “Nissan Kicks” markalı avtomobilin adı da keçir. Yusif Musayev bu avtomobilin üzərində bərabər payın müəyyən edilməsini istəyib.

Birinci instansiya məhkəməsi “Maşın Şou”dan qazanılan avtomobillə bağlı iddiaçının tələbini təmin edib. Xəyalə Quliyeva isə qərardan apellyasiya şikayəti verib.

Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, “Nissan Kicks” markalı avtomobil layihənin qalibi olduğu üçün ona hədiyyə kimi verilib. Bakı Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Məhkəmə belə qənaətə gəlib ki, həmin əmlak cavabdehə birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilib və bu əmlak bağışlama kimi qəbul oluna bilməz.

Seçilən
10
17
aznews.az

10Mənbələr