AZ

Qadınların ailə məsələlərinə görə karyerada geridə qalması bizi narahat edir

Qadınların ailə məsələlərinə görə təhsil və karyerada geridə qalması bizi narahat edir.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışında deyib.

Nazir müavini “Təhsil haqqında” qanuna dəyişiklik olunmasını təklif edib: “Qanuna edilən dəyişiklikdə beynəlxalq standartlar nəzərə alınsın. Qanunda təhsildə cinsə görə ayrı-seçkilik hüquq pozuntusu kimi nəzərdə tutulmayıb. Təbiət və ictimai elmlər üzrə fənlərdə gender stereotipləri hələ də mövcuddur. Təhsil proqramlarında və dərsliklərdə ayrı-seçkiliyin olmaması üçün lazımi tədbirlər görülür. Amma yenə də ümumi səylərimizi səfərbər etməliyik. Bəzən qadınların təhsil və karyerası ailə məsələlərinə görə geridə qalır. Bu bizi narahat edir. Bundan əlavə, ixtisasların seçilməsində də gender stereotiplərinin olduğunu görürük. Məsələn, qızlar İT ixtisaslarını oğlanlara nisbətən 1,5 dəfə az seçirlər”.

Firudin Qurbanov onu da qeyd edib ki, ali məktəblərdə professor-müəllim heyətinin 64,5 faizini qadınlar təşkil edir: “Ümumtəhsil müəssisələrində isə rəhbər heyətinin 54,5 faizini qadınlar təşkil edir”.

Seçilən
1
3
azedu.az

4Mənbələr