AZ

“Real”ın köhnə arzusu – Alleqri səsləri

Madridin “Real” klubu baş məşqçi postu üçün yeni namizədlər müəyyənləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, mövsümün sonunda Alvaro Arbeloa ilə yolların ayrılacağı təqdirdə, “kral klubu”nun əsas hədəflərindən biri hazırda “Milan”a rəhbərlik edən Massimiliano Alleqridir.

Mənbənin iddiasına görə, Madrid təmsilçisi italiyalı mütəxəssislə daha əvvəl – 2019 və 2021-ci illərdə də müqavilə bağlamağa cəhd edib. Alleqri 2025-ci ilin iyulunda ikinci dəfə “Milan”ın baş məşqçisi postuna qayıdıb və hazırkı işindən razıdır.

Bununla belə, o, beynəlxalq arenada uğur qazanmaq üçün komandanın heyətinin gücləndirilməsində maraqlıdır.

“Real”ın siyahısında digər namizəd isə almaniyalı mütəxəssis Yurgen Kloppdur.

Seçilən
101
idmanxeber.az

1Mənbələr