
İranda hərbi əməliyyatların başlamasından bəri Avropa ölkələri Rusiyadan enerji tədarükünü artırmaqla bağlı hər hansı sorğu göndərməyib.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, neft tədarükü yalnız Rusiya Prezidenti Vladimir Putin və Macarıstanın Xarici İşlər naziri Peter Siyarto arasındakı görüş kontekstində müzakirə olunub.
Xatırladaq ki, İran Hörmüz boğazını bağlamaqla və gəmiləri hədələməklə enerji bazarında gərginliyə səbəb olub. Nəticədə Avropada qazın qiyməti 2023-cü ilin yanvarından bəri ilk dəfə 1000 kubmetr üçün 750 dolları keçib.
Seyranə QuliyevaMissiya.Az