İsrailin F-35 qırıcı-bombardmançı təyyarəsi Tehran üzərindəki səmada İranın Yak-130 təlim-döyüş təyyarəsini məhv edib. Oxuməni.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) çərşənbə günü verdiyi məlumatda deyilir.
"İsrail Hərbi Hava Qüvvələrinin F-35I ("Adir") qırıcısı bir müddət əvvəl Tehran üzərindəki səmada İran Hərbi Hava Qüvvələrinin Yak-130 qırıcısını vurub", - SAXAL -ın məlumatında deyilir.
"Bu, tarixdə ilk dəfədir ki, idarə olunan qırıcı təyyarə F-35 ("Adir") qırıcısı tərəfindən vurulur", - məlumatda qeyd olunur.
Yak-130 Rusiya təlim-döyüş təyyarəsi Su-30SM, Su-35, MiQ-29, Su-57 və digər tipli qırıcı təyyarələrin pilotlarını hazırlamaq, həmçinin yüngül hücum təyyarəsi kimi istifadə etmək üçün xüsusi olaraq hazırlanmış yeni nəsil təyyarədir.
Almaz Həsənli