AZ

Qorxu içində keçən 4 il: Bina sökülsə də, işlər yarımçıq qalıb VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Bakı şəhəri, Sabunçu rayonunun sakinləri yaşadıqları binanın təhlükəli vəziyyətdə olmasından şikayətçidir.Bizim.Media xəbər verir ki, rayonun Nikolay Baybakov küçəsində yerləşən binada dörd il əvvəl söküntü işlərinə başlanılıb və bina hazırda qəzalı vəziyyətdədir.Sakinlərin sözlərinə görə, sözügedən binanın yerinə yenisinin tikiləcəyi deyilib:"Dörd il əvvəl söküntü işlərinə başlanılıb. Söküntü ilə əlaqədar ikimərtəbəli binanın üst hissəsi tamamilə dağıdılıb, mərtəbələr sökülüb, pilləkənlər yararsız hala salınıb. Sakinlərin bir qismi məcburiyyət qarşısında qalıb kirayə mənzillərə üz tutub.

 

Yeni mənzil verilməyib, nə də ki, kompensasiyalar tam formada ödənilməyib. Əvvəllər bu ərazidə yeni binanı tikməli olan şirkət tərəfindən sakinlərin kirayə haqları ödənilirdi. Daha sonra podratçı şirkət dəyişdirilib və ödənişləri başqa şirkət həyata keçirib. Sakinlərə isə indiyə qədər layihəyə hansı şirkətin cavabdeh olduğu və tikintinin kimin həyata keçirəcəyi ilə bağlı məlumat verilməyib.

Hazırda yarısı uçuq vəziyyətdə olan binada 12 ailə yaşayır. Bu isə təhlükəli hal yaradır. Həmçinin yol pis vəziyyətdədir. Yağışlı havada keçmək olmur. Dörd ildir qorxu içində yaşayırıq. Sabah bizi nə gözləyir - bilmirik". (Oxu.az)

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
102
2
bizim.media

3Mənbələr