AZ

İranda 160 uşağın öldürülməsi ilə bağlı ABŞ və BMT dən AÇIQLAMA

ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BMT ekspertlərindən ibarət komitə Yaxın Şərqdə artan zorakılıq, xüsusən də İranda qızlar məktəbinin bombalanması fonunda uşaqların ölümündən dərin narahatlıq keçirdiyini bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranın cənubundakı Minabda yerləşən Şəcərə Təyyəbə qızlar məktəbi şənbə günü, ABŞ və İsrailin ölkəyə qarşı hücumlarının ilk günündə zərbəyə məruz qalıb.

Hücum nəticəsində 160 uşaq həlak olub.

ABŞ Dövlət katibi Marko Rubiodan bazar ertəsi günü hadisə ilə bağlı suala cavab verib. 

O, jurnalistlərə bildirib ki, "Bu hücumun biz tərəfindən edilib-edilmədiyini ABŞ Hərbi Nazirliyi araşdıracaq və mən sizin sualınızı o zaman cavablandıracam".

O əlavə edib ki, "Amerika Birləşmiş Ştatları qəsdən məktəbi hədəfə almaz".

Pentaqon və ABŞ Mərkəzi Komandanlığı isə medianın mövzu ilə baölı şərh istəyinə cavab verməyib.

Həftəsonu ABŞ Mərkəzi Komandanlığı media orqanlarına bildirib ki, davam edən hərbi əməliyyatlar nəticəsində mülki şəxslərə dəyən ziyan barədə məlumatları araşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
azxeber.com

1Mənbələr