Siqaret qaçaqmalçılığında iştirak etməkdə şübhəli bilinən Ukrayna Dövlət Sərhəd Xidmətinin (DSX) keçmiş rəisi, general-leytenant Sergey Deyneko martın 3-də Ukrayna Qəhrəmanı Polkovnik Yevgeni Pikusun adını daşıyan 3-cü sərhəd dəstəsinin rəisi təyin edilib.
Herbiand.az bildirir ki, bu barədə Ukrayinskaya Pravda qəzeti yazıb.
“Ukraynanın “Hərbi vəzifə haqqında” qanununa əsasən, general-leytenant Sergey Deyneko səfərbərlik xidmətinə çağırılıb. Ukrayna Dövlət Sərhəd Xidmətində Hərbi Xidmət haqqında Əsasnaməyə uyğun olaraq, o, Luqansk sərhəd dəstəsinin rəisi təyin edilib”, - nəşr Ukrayna DSX-nin sözçüsü, polkovnik Andrey Demçenkodan sitat gətirib.
Onun sözlərinə görə, Deynekonun qanunvericilik səviyyəsində hərbi xidmətdən azad edilməsi onun səfərbərlik dövründə Ukrayna Dövlət Sərhəd Xidmətində xidmət etmək imkanlarını məhdudlaşdırmır: “Dövlət Sərhəd Xidmətinin keçmiş rəisi ölkəni müdafiə etmək və sərhəd agentliyi bölmələrini idarə etmək sahəsində əvvəlki hərbi təcrübəsinə əsasən döyüş briqadasına təyin edilib”.
Bəxtiyar CƏFƏRLİ