AZ

Ağadadaş Ağayev verilişlərə niyə çıxmır? – Qərarın pərdəarxası + VİDEO

Xalq artisti Ağadadaş Ağayev aylar sonra ilk dəfə efirə çıxıb.

“Yeni Sabah” xəbər verir ki, o, televiziya verilişlərindən uzaq düşməsinin səbəbini izah edib:

“Efirlərdəki səviyyə o qədər aşağı düşüb ki, gedib orada çıxış etməyə utanıram. Doğrudan da, çox vaxt utanıram.

Bəzən elə olur ki, təsadüfən yanında elə bir adam əyləşir ki, nə danışmağa, nə maarifçilik etməyə həvəsin qalır, nə də tamaşaçıya bir şey verə bilirsən. Oxusan da, danışsan da, mühit dəyişmir, ab-hava yenə də uyğun olmur.

Efirlərə çox çıxmaq özü də düzgün deyil. Tamaşaçı bir az intizarda qalmalıdır. Elə boş-boş hər gün efirə çıxmağın nə mənası var? Əvvəllər çıxışlarımız əsasən oxumaqdan ibarət idi. Ağıllı sənətkarlar da həmişə efirə gec-gec çıxardılar”.

A.Ağayev verilişlərdə sənətdən çox şouya önəm verilməsindən gileylənib:

“İndi  vəziyyət fərqlidir oxumaqdan çox, dedi-qodular, maqazin söhbətləri var. Çıxıb danışırlar, gülürlər, əylənirlər. Məni televiziyadan uzaqlaşdıran səbəblərdən biri də budur. Hələ tam qaçmamışam, amma bu cür davam etsə, başqa yol qalmayacaq. Bu dövlət, bu millət öz dəyərləri ilə yaşayır. Nə qədər maqazin proqramları çoxalsa da, indiki vəziyyət müvəqqətidir. Bir gün bunlar aradan qalxacaq, yeni bir mərhələ başlayacaq. Dünyada daimi heç nə yoxdur.

Bəzən gənclər haqqında deyirlər ki, özlərini belə aparırlar, elə aparırlar. Hər dövrün öz mərhələsi var, onu yaşamalıdırlar. Amma zaman keçdikcə ələnmə gedəcək, xəlbirlənəcəklər. Yaxşı istedadlar qalacaq, digərləri isə sıradan çıxacaq, bəlkə də başqa sahələrə yönələcəklər.

Mən 1988-ci ildən televiziyanın solistiyəm. O vaxtlar efirə çıxandan sonra bir ay ərzində yenidən çağırmazdılar. Hətta özüm də deyirdim ki, tezdir, bir az gözləmək lazımdır. İndi də eyni prinsiplə yaşayıram.

Açığını deyim ki, efirdə sənin yerin görünmürsə, sən orada olmamalısan. Özünü qorumaq lazımdır. Çağırılan hər yerə də getmək düzgün deyil”.

Seçilən
69
1
editor.az

2Mənbələr