AZ

Azərbaycanın enerji dilomatiyasının uğurları

Newscenter.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Azərbaycan təkcə Avropanın deyil, artıq Yaxın Şərqin də təhlükəsiz enerji təminatçısına çevrilib. Qoca qitə ilə yanaşı Suriyanın da Azərbaycan qazının tədarükçüsünə çevrilməsi, eyni zamanda Mərkəzi Asiya respublikaları üçün enerji resurslarının tranzitçisi rolunda çıxış etməsi bunun sübutudur. Prezident İlham Əliyevin də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı dediyi kimi artıq Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü həyata keçirilir ki, bu da həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır”.Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarını şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, sözügedən toplantı həm də qlobal səviyyədə Azərbaycana, onun enerji resursları və tranzit imkanlarına marağın artmasının göstəricisidir:“İldən-ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirakçı sayının artması fonunda belə qənaətət gəlmək mümkündür. Ən son keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti iştirak etmişdisə, bu dəfəki toplantıda həm iştirakçı ölkələr, həm də şirkətlərin sayında artım qeydə alınıb. Belə ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat iştirak edir. Həmçinin, 49 enerji şirkəti bu tədbirə qatılıb. Bu öz-özlüyündə yalnız Qaz Dəhlizi Məşvərət Şurasına marağın artması deyil, eyni zamanda Azərbaycana, onun enerji resursları və imkanlarına həddən artıq olan marağın sübutudur”.Deputat qeyd edib ki, bu kimi tədbirlər və Azərbaycanın təhlükəsiz enerji tədarükü imkanları ölkəmizin enerji resurslarının alıcılarının sayını artırır. Millət vəkilinin sözlərinə görə, Almaniya və Avstriya da Azərbaycan qazının tədarükçüsü olmaqla ölkəmizdən təbii qaz alan Avropa İttifaqı ölkələrinin sayı 10-a çatıb. Avropa İttifaqının 27 üzvündən 10-nun Azərbaycan qazının tədarükçüsünə çevrilməsi kifayət qədər böyük rəqəmdir. Bu demək olar ki, qoca qitənin 50 faizə yaxının Azərbaycan qazı ilə qidalanması deməkdir. Ölkəmizin təbii qaz və digər enerji resurslarına olan marağının getdikcə artması bu siyahının genişlənəcəyi əminliyi yaradır”.İlham Məmmədov qeyd edib ki, bütün bunlar Azərbaycan liderinin uğurlu siyasətinin nəticəsidir:“Cənab İlham Əliyev təkcə hərb və diplomatiya sahəsində deyil, eləcə də enerji sektorunda atdığı uğurlu addımlarla Azərbaycanı dünyanın diqqət mərkəzinə çevriməyi bacarıb və ölkəmizi enerji diplomatiyasının zirvəsinə çatdırıb”.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
newscenter.az

2Mənbələr