AZ

Məşhur Böyük Britaniya nəşrindən iddia: İran Xameneinin planını həyata keçirməyə başlayıb

ain.az, Oxu.az saytına istinadən bildirir.

"İran daha əvvəl ölkənin ali lideri Əli Xamenei və ali komandanlıq tərəfindən şəxsən hazırlanmış hərbi planı həyata keçirməyə başlayıb".

Oxu.Az-ın xəbərinə görə, bu barədə Böyük Britaniyanın məşhur "Financial Times" (FT) nəşri mənbəyə istinadən yazıb.

"İran qüvvələri ayətullah Əli Xamenei və Tehranın ali komandanlığı tərəfindən hazırlanmış planı həyata keçirməyə başlayıblar", - deyə materialda iddia edilir.

Nəşrin məlumatına görə, Xamenei və onun tərəfdaşları bu planı 2025-ci ilin iyun ayında İsrailin İrana qarşı 12 günlük müharibəsindən sonra hazırlamağa başlayıblar. Qeyd edilir ki, planın məqsədi ABŞ və İsrailə öz hücumlarını dayandırmaları üçün təzyiq göstərməkdir. Bundan əlavə, ehtimal olunur ki, plana, həmçinin enerji obyektlərinə zərbələrin endirilməsi və regionun hava nəqliyyatında problemlərə gətirib çıxara biləcək tətillərin keçirilməsi daxil olub.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
1
oxu.az

2Mənbələr