AZ

“...başqa tribunalar üçün olan biletlər də satışa çıxarılacaqdı” – “Qarabağ” – “Sabah” oyununa daha çox azarkeşin gəlməsi mümkün idi!

22-ci turun “Qarabağ” – “Sabah” oyunu həm də mövsümün azarkeş rekorduyla əlamətdar oldu. Xəbər verdiyimiz kimi, qarşılaşmanı tribunalardan nə az, nə çox - 10361 tamaşaçı izlədi.

Maraqlıdı, bəs tribunalarda daha çox azarkeşin əyləşməsi mümkün deyildimi? Bu iş daha yaxşı səviyyədə təşkil edilə bilməzdimi? Bəlkə biletləri daha ucuz qiymətə satmaq mümkün idi? Ən əsası, digər sektorlar üçün biletlər niyə satışa çıxarılmadı?

Bu suallarla “Qarabağ”ın Kommunikasıyalar departamentinin direktoru Anar Hacıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Həmin oyunda təkcə mövsümün yox, son 8 “futbol ili”nin azarkeş rekordu idi. Təbii ki, matça marağın çox olacağı bilinirdi. Bu məqsədlə klubumuz tərəfindən təbliğat aparıldı. Azarkeşlərin marağı, onların rahatlığı həmişə bizim üçün prioritet olub. Mövcud rəqəmi az saymaq olmaz. Əvvəlki mövsümlərə baxmaq, müqayisə etmək lazımdı. Həmçinin azarkeşlər stadiona tamaşa etmək üçün yox, komandalara dəstək vermək üçün gəlmişdi. Bu da qeyd olunası məqamdı. Bu istiqamətdə işlərimiz yenə davam edir. İstəyirik ki, ölkə çempionatında azarkeşlərin iştirakı yetərincə olsun. Avrokuboklarda gördüyümüz tamaşaçı sayını ölkədaxili yarışlarda da görmək istəyirik. Biletlərin qiymətinə gəlincə, bizim baxış bucağımız bu cürdü. Qiymətlər baha deyildi, əksinə, xeyli ucuz idi. Biletlər satıldıqca başqa tribunalar üçün olan biletlər də satışa çıxarılacaqdı. Sadəcə, məqsədimiz mərkəzi tribunaları doldurmaq, azarkeşlərin pərakəndə şəkildə yox, bir istiqamətdə əyləşməsini təmin etmək idi. Daha çox tərəfdar gəlsə belə, hansısa problem yaşanmayacaqdı. Tribunalar da hazır idi, biletlər də”.

KƏNAN BAHADIR
Seçilən
109
1
football-plus.az

2Mənbələr