AZ

Xətai rayonunda dəhşətli hadisə: 35 yaşlı kişi özünü 8-ci mərtəbədən atdı

Hakimiyyet.az-ın əldə etdiyi məlumatda bildirilir ki, Paytaxtın Xətai rayonunda dəhşətli intihar hadisəsi baş verib.

​Hadisə Gəncə prospektində yerləşən hündürmərtəbəli binalardan birində qeydə alınıb. Şahidlərin verdiyi məlumata görə, 30-35 yaşlarında olan kişi naməlum səbəbdən binanın 8-ci mərtəbəsindən özünü yerə atıb.

​Yıxılmanın təsirindən ağır bədən xəsarətləri alan şəxs hadisə yerindəcə keçinib. Əraziyə dərhal polis və prokurorluq əməkdaşları cəlb olunub. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

​Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Seçilən
117
1
hakimiyyet.az

2Mənbələr