Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.
Qış Olimpiadasına görə 20 gün “dincələn” MHL-də dünən mübarizə bərpa olundu. Və dərhal da Artemi Panarin səhnəyə çıxdı. "Football-plus.az" xəbər verir ki, “Los-Anceles”in rusiyalı hücumçusu “Veqas”la ev oyununda (4:6) iki məhsuldar ötürmə verdi. Ardıcıl 11-ci mövsümdə 40 məhsuldar ötürmə həddinə çatan 34 yaşlı Panarin MHL tarixində belə uzun seriya müəyyənləşdirən 3-cü avropalı oldu. O, Yaromir Yaqr (1995/96-dan 2007/08-ə qədər ardıcıl 12 mövsüm) ilə Peter Ştyastnıya (1980/81-dən 1990/91-ə qədər ardıcıl 11 mövsüm) qoşuldu. Fəaliyyətdə olan oyunçulardan Konnor Makdevid, Leon Drayzaytl və Mitç Marnerin də 10 mövsümlük belə seriyası var. Panarin cari mövsümdə keçirdiyi 53 oyunda 59 (19+40) xal toplayıb.26 fevralVaşinqton – Filadelfiya 3:1 (0:0, 1:0, 2:1)Nyu-Cersi – Baffalo 1:2 (0:0, 0:1, 1:1)Tampa-Bey – Toronto 4:2 (0:0, 2:0, 2:2)Dallas – Sietl 4:1 (1:0, 3:0, 0:1)Yuta – Kolorado 2:4 (0:0, 2:4, 0:0)Vankuver – Vinnipeq 2:3 OT (1:1, 1:1, 0:0, 0:1)Los-Anceles – Veqas 4:6 (1:1, 1:0, 2:5)Anahaym – Edmonton 6:5 (1:2, 1:2, 4:1)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.