AZ

TRIPP-ın inkişafı Gürcüstan və ABŞ rəsmilərinin müzakirəsində

Yazını böyüt
Yazını kiçilt

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri çərçivəsində Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüşdə iki ölkə üçün vacib olan məsələlər müzakirə olunub. Xüsusilə Gürcüstan hökumətinin yeni ABŞ administrasiyası ilə bölüşdüyü ortaq dəyərlərə diqqət yetirilib.

Söhbət zamanı regionda baş verən proseslər və bunun Gürcüstanın təhlükəsizliyinə təsiri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Orta Dəhlizin, o cümlədən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) inkişafı da müzakirə olunub.

Qeyd edilib ki, Gürcüstan tərəfi bu marşrutun həyata keçirilməsini alqışlayır.

Seçilən
1
2
hafta.az

3Mənbələr