AZ

Avropa Yaxın Şərqdən gələn miqrant axınından NARAHATDIR

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Avropa İttifaqı ABŞ, İsrail və İran arasındakı münaqişənin miqrant axınına səbəb olacağından narahatdır.

Redaktor.az xəbər verir ki, Aİ ABŞ, İsrail və İran arasındakı qarşıdurmanın Yaxın Şərqdən Avropa ölkələrinə miqrant axınına gətirib çıxara biləcəyindən çəkinir.

Məlumata görə, 1 martda Aİ üzv dövlətlərinin səfirləri və xarici işlər nazirləri İran münaqişəsi ilə bağlı qapalı danışıqlar aparıblar. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen də regiondakı hadisələrə cavab tədbirlərini müzakirə etmək üçün komandası ilə təcili iclas keçirib.

Nəşr bildirir ki, Aİ həmçinin Avropa ölkələrində miqrantların sayının potensial artmasından, həm də onlara humanitar yardım göstərilməsi ilə bağlı məsələlərdən narahatdır.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
redaktor.az

2Mənbələr