AZ

Moldovada 7 medal

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Azəri” Taekvondo Klubunun üzvləri Kişineu şəhərində keçirilən “Moldova Open” beynəlxalq turnirində uğurla çıxış ediblər.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, təmsilçilərimiz 7 medal (4 qızıl, 2 gümüş, 1 bürünc) qazanıblar.

Uşaqlar arasında 27 kq çəki dərəcəsində mübarizə aparan İnci Rahova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yeniyetmələrin yarışında 29 kq-da Aylin Məmmədzadə və 53 kq-da Ümid Səfiyarlı qızıl medala sahib olublar.

Yeniyetmə B kateqoriyasında 37 kq çəki dərəcəsində çıxış edən Zeynal Abışov da turniri çempion kimi başa vurub. Eyni yaş kateqoriyasında 29 kq-da Ahu İsgəndər və 33 kq-da Ayxan Xanmədlili gümüş medal qazanıblar. Mədinə Hənifəyeva (33 kq) isə turniri bürünc medalla tamamlayıb.

Qabil YUSİFOĞLUXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
15
xalqqazeti.az

10Mənbələr