AZ

İranla bağlı inanılmaz PLAN: Tramp kürd liderlərlə nə danışıb? – Barakdan sensasiya

ABŞ Prezidenti Donald Tramp İrana hücumun başlanılmasından bir gün sonra İraqdakı kürd bölgəsinin liderləri Məsud Bərzani və Rafael Tələbani ilə gizli telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, bu iddia ilə “Axios”un Yaxın Şərq üzrə siyasət yazarı Barak Ravid çıxış edib.

Nəşr üç ayrı mənbəyə istinadla söhbətin təsdiqləndiyini yazıb.

Məlumata görə, Tramp kürd liderlərlə çox “həssas” bir mövzunu müzakirə edib. Lakin təfərrüatlar bəlli deyil. Ravid Trampın liderlərlə İranda bundan sonrakı vəziyyətin necə olacağı ilə bağlı fikir mübadiləsi apardığını bildirir.

İddialara görə, Tramp İraqda yaşayan kürdlərin İran ərazisinə qurudan müdaxiləsini planlaşdırır. Bunun üçün kürd fraksiyalarının maliyyələşdirilməsi və silahlanması nəzərdən keçirilir. Beləliklə İrandakı kürd kəsiminin də təşkilatlandırılaraq daxildə qarşıdurmanın yaradılması ssenarisi hazırlanır.

Həmçinin CNN də ABŞ-ın İran daxilində qarışıqlıq yaratmaq məqsədilə kürd liderlərlə əlaqəyə keçildiyini, onlar vasitəsilə üsyan çıxarıla biləcəyini yazıb.

Hazırda Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) belə bir plan üzərində çalışdığı bildirilir./Globalinfo.az

Seçilən
8
1
turkustan.az

2Mənbələr