
Ötən gün polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan avtomat silahları aşkarlanıb.
Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 2 tapança, 3 qumbara, 1 alışdırıcı, 23 tüfəng, 7 patron darağı və 829 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.