Cari ilin yanvar-fevral aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə ümumilikdə 1 milyard 747,55 milyon manat vəsait ödənilib.
Bu barədə KONKRET.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, bu məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 174,81 milyon manat və ya 11,11 faiz çoxdur.