AZ

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya

ABŞ bazarında Dow Jones indeksi 0,83% azalaraq 48 501.27 bəndə enib. S&P 500 indeksi 0,94% azalaraq 6 816.63 bəndə, Nasdaq indeksi də 1,2% azalaraq 22 516.69 bəndə enib.

"APA-Economics" xəbər verir ki, Avropa bazarlarında eniş daha kəskin olub. Belə ki, Böyük Britaniyanın FTSE 100 indeksi 2,75% azalaraq 10 484.13 bəndə düşüb. Almaniyanın DAX indeksi 3,44% azalaraq 23 790.65 bəndə enib. Fransanın CAC 40 indeksi isə 3,46% geriləyərək 8 103.84 bənd səviyyəsində qərarlaşıb.

Asiya-Sakit okean regionunda da əsas indekslər üzrə azalma qeydə alınıb. Yaponiyanın Nikkei 225 indeksi 4,09% azalaraq 53 979.20 bəndə düşüb. Honq Konqun Hang Seng indeksi 2,78% azalaraq 25 051.06 bənd təşkil edib. Çinin CSI 300 indeksi isə 1,61% azalaraq 4 581.06 bənd olub.

Analitiklərin fikrincə, Avropa və Asiya bazarlarında satışların güclənməsi Yaxın Şərqdə artan geosiyasi gərginlik, enerji bazarlarında qeyri-müəyyənlik və investorların riskli aktivlərdən daha təhlükəsiz alətlərə yönəlməsi ilə əlaqədardır. ABŞ bazarında isə texnologiya sektorunda alışların davam etməsi indekslərin bir hissəsində artımı məhdud şəkildə dəstəkləyib.

Seçilən
0
5
xalqcebhesi.az

6Mənbələr