AZ

Makron İsrailin Livanda mümkün quru əməliyyatını strateji səhv adlandırıb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Fransa Prezidenti Emmanuel Makron İsrailin Livanda həyata keçirə biləcəyi quru əməliyyatının təhlükəli eskalasiyaya səbəb ola biləcəyini və strateji səhv olacağını bildirib.

APA xəbər verir ki, Makron bu barədə xalqa televiziya müraciəti zamanı danışıb.

Fransa lideri qeyd edib ki, son saatlarda münaqişə Livana da yayılıb və “Hizbullah”ın İsrailə zərbə endirməsi ciddi səhv olub, bu isə Livan əhalisini təhlükə altına qoyub.

Makronun sözlərinə görə, İsrailin buna cavab olaraq quru əməliyyatı başlatmaq qərarı verməsi regionda gərginliyi daha da artıracaq və bu addım strateji səhv kimi qiymətləndirilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
1
apa.az

2Mənbələr