AZ

Seneqalın sabiq prezidenti BMT nin baş katibi olmaq istəyir

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Seneqalın keçmiş prezidenti Maki Sall BMT-nin növbəti baş katibi vəzifəsi uğrunda rəsmi olaraq mübarizəyə qoşulub.

Oxu.Az xəbər verir ki, bu barədə "Africanews" portalı məlumat yayıb.

Məlumata görə, ölkəyə 2012-2024-cü illərdə rəhbərlik etmiş Sallın namizədliyi Afrika Birliyinin hazırkı sədri kimi fəaliyyət göstərən Burundi tərəfindən irəli sürülüb.

BMT Təhlükəsizlik Şurası ilin ortalarında baş katib səlahiyyətinin müddəti 31 dekabr 2026-cı ildə başa çatacaq Antonio Quterreşin yerinə namizədlərin seçilməsi prosesinə başlamalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
82
oxu.az

1Mənbələr