AZ

Madrid Trampın İspaniya ilə ticarətin dayandırılması barədə bəyanatına cavab verib

Oxu.az saytına istinadən ain.az xəbər verir.

İspaniya hökuməti ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun İspaniya ilə ticarəti dayandıracağına dair bəyanatına cavab verib.

Oxu.Az bu barədə "El Pais" nəşrinə istinadən xəbər verir.

Rəsmi Madrid bildirib ki, ölkə ABŞ üçün etibarlı ticarət tərəfdaşıdır və Vaşinqton beynəlxalq hüquqa, eləcə də Avropa İttifaqı ilə bağlanmış ikitərəfli razılaşmalara hörmət etməlidir.

Qeyd olunub ki, İspaniya NATO-nun əsas üzvlərindən biri və Avropa İttifaqında iri ixrac gücüdür, həmçinin ABŞ daxil olmaqla 195 ölkə üçün etibarlı tərəfdaşdır.

Bundan əvvəl İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ölkənin İrana qarşı əməliyyatda iştirak edən qüvvələrə hərbi bazalarını təqdim etməkdən imtina etdiyini açıqlayıb. Onun sözlərinə görə, İspaniya bazaları ABŞ ilə razılaşmalar və BMT Nizamnaməsi çərçivəsindən kənar məqsədlər üçün istifadə olunmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
123
3
oxu.az

4Mənbələr