AZ

Müharibəyə görə 70 milyonluq təyyarəsi ilə ölkəni tərk edib? - Təkzib edilir

İranın Riyaddakı ABŞ səfirliyinə təşkil etdiyi son hücumdan sonra "Əl-Nəsr" klubunun ulduzu Kriştiano Ronaldo ailəsinin təhlükəsizliyini təmin etmək üçün ölkəni tərk etdiyi bildirilir.

Hakimiyyet.az xəbər verir ki, iddiaya görə o, ailəsi ilə birlikdə 70 milyon avro dəyərindəki xüsusi reaktiv təyyarəsinə minərək yerli vaxtla saat 21:00 radələrində Riyaddan havaya qalxıb.

Təyyarənin Misir və Aralıq dənizi üzərindən keçərək İspaniyanın paytaxtı Madridə üz tutduğu bildirilir.

Lakin başqa bir xəbərlərə görə son oyunda zədələnən Ronaldo Səudiyyə Ərəbistanında artıq reabilitasiya proqramına başlayıb və vəziyyəti hər keçən gün yenidən qiymətləndiriləcək.

Onun ölkəni tərk etməsi barədə tirajlanan xəbərlərin həqiqəti əks etdirmədiyi açıqlanıb. İngiltərə mətbuatına istinadən verilən xəbərlərin yalan olduğu bildirilib. Ronaldo hazırda ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanındadır. Bu barədə tanınmış idman jurnalisti Fabrizio Romano bildirib.

Seçilən
15
1
hakimiyyet.az

2Mənbələr