İsrail Ordusu İranın paytaxtı Tehranın yaxınlığında yerləşən məxfi nüvə mərkəzinə zərbə endirdiyini açıqlayıb.
"Report" xəbər verir ki, bu iddia ilə İsrail Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin çıxış edib.
"Bir neçə saat əvvəl biz Minzadəhi bazasına zərbə endirdik. Orada nüvə silahı hazırlamağa çalışan alimlər var idi", - o brifinqdə deyib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İranın şəhərlərinə hava zərbələri endirərək, ona qarşı hərbi əməliyyata başlayıblar. İran cavab olaraq İsrail ərazisinə raketlər atıb. Bundan əlavə, İran Silahlı Qüvvələri ABŞ-nin bir sıra Yaxın Şərq dövlətlərində yerləşən hərbi bazalarına hücum edib.