Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ və İsrailin İrana qarşı raket və aviazərbələri davam edir. Qərb mediasının məlumatına görə, hücumların intensivliyi azalmır.
"Reuters" agentliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) istinadən xəbər verir ki, Amerika ordusu fevralın 28-dən başlayan əməliyyat çərçivəsində İrana qarşı 1700-dən çox zərbə endirib. Məlumata görə, hücumlar İran Hərbi Dəniz Qüvvələrinin gəmilərinə və sualtı qayıqlarına, gəmi əleyhinə raket müdafiə obyektlərinə, eləcə də idarəetmə və komanda mərkəzlərinə yönəlib.
İran mənbələri isə bildirirlər ki, zərbələrin intensivliyi hələ də yüksək olaraq qalır.
Qərb mediasında yer alan iddialara əsasən, İranın Bəndər-Abbas limanı 50-dən çox dəqiq zərbə nəticəsində tamamilə məhv edilib. Bu məlumat hələlik rəsmi Tehran tərəfindən təsdiqlənməyib.
Bundan başqa, İsrail ordusu (IDF) Tehranda “yüksək vəzifəli iranlı məmuru” hədəf alan dəqiq zərbə endirdiyini açıqlayıb. İddialara görə, hücum nəticəsində İran Prezidenti Məsud Pezeşkian zərər görmüş ola bilər. Lakin bu barədə rəsmi təsdiq verilməyib.
Eyni zamanda bildirilir ki, İsrailin Tehrandakı Mehrabad hava limanına endirdiyi zərbə nəticəsində “Iran Air” aviaşirkətinə məxsus “Airbus A319” tipli təyyarə uçuş-enmə zolağında məhv edilib.
Həmçinin məlumatlara görə, İsrail ordusu Tehranın qərbində yerləşən Vardavard dəmir yolu vağzalı ətrafındakı sursat anbarlarını da hədəfə alıb.
Hazırda tərəflər arasında hərbi qarşıdurmanın miqyası genişlənməkdə davam edir və bölgədə vəziyyət gərgin olaraq qalır.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.