"Yemək barəsində zəif insanam. Pəhriz saxlamıram. Son günlər 3-4 kiloqram arıqlamışam. Amma pəhriz sayəsində yox, problemlərə görə".
Hit.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Qonaqcanlı" verilişində eyib. Sənətçi pəhriz saxlaya bilməməsindən şikayətlənib.
Hər il bayramlarda iş başında olan Xatirə bu il də Bakını tərk edəcəyini açıqlayıb:
"Neçə ildir bayramlarda evimdə olmuram. Hər zaman da arzulayıram ki, evdə olmayım. Avropada, Rusiyada, başqa ölkələrdə oluruq. Bu dəfə də Rusiyaya səfərim var. Ailəmi də aparacağam. Həm də oğlumun ad günüdür. 19-da hamımız orada ad gününü qeyd edəcəyik. Martın 20-də isə konsertimiz olacaq. Ailəm mənim konsertimə heç vaxt gəlmir".