AZ

193 nömrəli məktəbdə Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib

193 nömrəli məktəbdə Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib.

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 193 nömrəli məktəbdə şagirdlər arasında intellektual yarış təşkil olunub.

QHT.az xəbər verir ki, “Sağlam bədəndə sağlam düşüncə!” şüarı ilə keçirilən yarışda iştirakçılar idman tarixi, sağlam həyat tərzi və ümumi dünyagörüş mövzularında biliklərini nümayiş etdiriblər. Komandalar arasında maraqlı mübarizə şəraitində keçən yarış şagirdlərin həm bilik səviyyəsini, həm də çevik düşünmə bacarıqlarını ortaya qoyub.

Tədbir zamanı şagirdlərin fəallığı, komandadaxili əməkdaşlığı və yüksək motivasiyası xüsusi diqqət çəkib.

Məktəb rəhbərliyi bildirib ki, həm fiziki, həm də zehni inkişafı dəstəkləyən bu kimi maarifləndirici layihələrin təşkili gələcəkdə də davam etdiriləcək.

Seçilən
12
qht.az

1Mənbələr