AZ

Netanyahu: İsrail İrana zərbələri artıracaq

İsrail Livan və İrana aviazərbələri artıracaq.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə birlikdə Palmaçim hava bazasına səfəri zamanı bildirib.

Netanyahu qeyd edib
ki, İsrail Hizbullah və İrana aviazərbələri gücləndirəcək.

"Hizbullah bizə hücum edərkən çox böyük bir səhv etdi. Biz artıq güclü şəkildə cavab vermişik və daha da böyük və əlavə güclə cavab verəcəyik”, - o Hizbullahın İsrailə son raket hücumları barədə danışarkən deyib.

Netanyahu, eyni zamanda, İsrailin İrana güclü aviazərbə endirməyə davam edəcəyinə qeyd edib:

“Biz İrana aviazərbələri tam güclə davam etdirəcəyik. Pilotlarımız İran və Tehran səmaları, eləcə də Livan səmaları üzərində uçurlar”.

Seçilən
55
50
apa.az

10Mənbələr