Sağlam Ailə Tibb Mərkəzləri Şəbəkəsində kadr dəyişikliyi baş verib.
"Yeni Sabah" xəbər verir ki, Vədiyə Ələkbərzadə Şəbəkənin İdarəçi direktoru vəzifəsinə təyin olunub.
O, Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr təhsili alıb, həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini fərqlənmə ilə bitirib. Hazırda süni intellekt və insan hüquqları sahəsində doktorantura təhsili alır və bu istiqamətdə elmi tədqiqatlar aparır.
V. Ələkbərzadə müxtəlif dövlət və özəl qurumlarda rəhbər vəzifələrdə çalışıb, hüquq və idarəetmə sahəsində geniş peşəkar təcrübəyə malikdir. O, eyni zamanda Özəl Tibb Müəssisələrinin Assosiasiyasında Hüquq və Etika Komitəsinin sədri olmaqla yanaşı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində müəllim kimi fəaliyyət göstərir./Kredit.az
Telegram kanalımız