Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gedib.
Sitat.info xəbər verir ki, bu haqda Ermənistan KİV məlumat yayıb.
Səfərin əsas səbəbi Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 15-ci iclasının keçirilməsidir.
İki ölkənin baş nazirləri - Nikol Paşinyan və İrakli Kobaxidzenin də təkbətək görüşü nəzərdə tutulub.