AZ

"Real"ın hücumçusu sıradan çıxdı, DÇ-2026-nı buraxacaq

style='margin-bottom:10px;'>

"Real"ın cinah hücumçusu Rodriqo Qoes sıradan çıxıb.

QOL.az xəbər verir ki, "Marca" nəşrinin yaydığı məlumata görə, bu gün tibbi müayinədən keçən futbolçunun dizində çarpaz bağların qırıldığı məlum olub. Braziliyalı futbolçu həm cari mövsümün qalan hissəsini, həm də qarşıdan gələn DÇ-2026-nı buraxmalı olacaq. 

Xatırladaq ki, 25 yaşlı hücumçu La Liqanın 26-cı turunda "Xetafe" ilə matçda (0:1) zədələnib. Ulduz futbolçu zədə almasına baxmayaraq "Xetafe" ilə qarşılaşmanı sonadək tamamlaya bilib. O, 55-ci dəqiqədə meydana daxil olmuş və final fitinə qədər mübarizə aparıb.

Qeyd edək ki, DÇ-2026-da Braziliya millisi Mərakeş, Haiti və Şotlandiya ilə eyni qrupda mübarizə aparacaq. Rodriqonun yoxluğu həm "kral klubu", həm də yığma üçün böyük itki hesab olunur.

Seçilən
99
1
teleqraf.com

2Mənbələr